
“Səbail”in yetirməsi “Şahdağ Qusar”a keçib
“Şahdağ Qusar” qış transfer pəncərəsi zamanı heyətini “Səbail”in yetirməsi Ədilxan Qarəhmədovla gücləndirib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qusar təmsilçisi futbolçunu “Şəfa”dan icarəyə götürüb. 25 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər “Şahdağ Qusar”ın uğurları üçün çalışacaq.
Qarəhmədov 2024/2025 mövsümündə “Şahdağ Qusar”ın heyətində 2-ci Liqanın qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



