“Burada özümü azərbaycanlı kimi hiss edirəm” – “Səbail”in legioneri

“Səbail”in qapıçısı Nikolas Hagen klubun saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, qvatemalalı futbolçu müsahibəsində Azərbaycanı çox sevdiyini deyib:

  • 5 aya yaxındır buradasız. Azərbaycan haqqında nələr öyrənmisiz?
  • Azərbaycanı sevirəm və burada özümü azərbaycanlı kimi hiss edirəm. Bura haqqında çox öyrənib, araşdırıram. Komanda yoldaşlarım da bu barədə mənə köməklik edir. Bu arada milli mətbəxinizi də çox sevirəm.
  • Ölkənizdə futbol çox sevilir. Bəs sizin ölkədən kənarda oynamağınıza səbəb nə oldu?
  • Qvatemalada futbol çox sevilir. Karyeramda uğurlu olduğumu düşünürəm. Daha da inkişaf etmək üçün başqa ölkəyə getmək barədə fikirləşirdim. Kiçik addımlarla öz arzuma çatmaq istəyirəm. Bu da, addımlarımdan biridir.
  • Bu il karyeranıza yeni nələr qatdız?
  • Bu il karyeramda ən mühüm addımlardan biri ölkəmdən kənarda, başqa liqada oynamağım oldu. Daha yüksək səviyyədə oynamaq istəyir və buna görə çox çalışıram. 2020-ci ildə uğurlar qazandım. Arzularıma çatmağa kömək edən il oldu.
  • Sizi motivasiya edən nədir?
  • Hər dəfə özüm-özümü hardan başlamağım və hara çatmağım ilə motivasiya edirəm. Bu, mənə inkişaf etməkdə kömək edir.
  • Karyeranızda ən yaddaqalan oyun hansıdır?
  • 2019-cu ildə Qvatemalada milli komandanın start heyətində ilk çıxdığım oyun ən yaddaqalan oyunumdur. (23.03.2019 Qvatemala – Kosta-Rika 1:0)
  • Qvatemalada ən çox nə üçün darıxmısız?
  • Həm ailəm və dostlarım, həm də Qvatemala üçün darıxmışam.
  • Komanda yoldaşlarınızdan ən çox hansı ilə yaxınsız?
  • Komanda yoldaşlarım ilə yaxşı əlaqələrimiz var. Hamı mənə çox yaxşı münasibət göstərir. Öz ölkəmizdən kənarda olduğumuz üçün əcnəbi futbolçularla daha çox söhbətləşirik. Komanda da hamı bir-birini sevir və hörmət bəsləyir.
  • Koronavirusdan necə müdafiə olunursuz?
  • Çox sadə metodlarla qorunuram. Sosial məsafə saxlayır, əllərimi tez-tez yuyuram və sadəcə, şəxsi su qabımdan istifadə edirəm. Hər kəs sadə üsullara diqqət etsə, özünü virusdan qoruya bilər.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button