“Səbail”in də oyunu baş tutmadı


“Səbail”in bu gün Macarıstanın “Aqvital” klubu ilə keçirməli olduğu yoxlama matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq “Аqvital” komandasına qarşı oyun başqa tarixə keçirilib.

Bu gün keçirilməli olan “Sumqayıt” – “Jetisu” və “Zirə” – “Taraz” matçları da əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button