“Səbail”də yeni futbolçu

“Səbail” klubu heyətinə yeni futbolçu qatıb.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi “Pierikos”dan (Yunanıstan) Tural Bayramlını heyətinə cəlb edib. 24 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Tural yeni komandasında 39 nömrəli formanı geyinəcək.

“Sumqayıt”ın yetirməsi olan Bayramlı ölkəmizdə “Keşlə”, “Zirə”, Latviyada isə “Dauqavpils”in formasını geyinib.

“Səbail” qış fasiləsində Rəşad Əzizli və Hüseynəli Quliyevi də heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button