“Səbail”də nigeriyalı forvard – RƏSMİ

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu nigeriyalı hücumçu Oke Akpovetanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Komandamızın yeni hücumçusunu qarşılayın! Oke Akpoveta – artıq “Səbail”dədir!” mesajını yayımlayan bakılılar, nigeriyalının yeni klubunun formasındakı şəklini də paylaşıblar. Akpoveta ilə 2019-cu il mayın 31-dək müqavilə imzalanıb.

Akpoveta vaxtilə Azərbaycanda “Rəvan”ın da formasını geyinib. 28 yaşlı forvard 2014-cü ildə paytaxt klubunda 11 oyuna 1 qol vurub. 2017-ci ildə İsveçin “Helsinqborq” klubunda forma geyinən Oke, ötən ili də bu ölkənin digər təmsilçisi “Eskilstuna”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button