“Səbail” yeni transferindən imtina etdi

“Səbail” bu yay transfer etdiyi Dilan Duventru ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı muqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.

“Səbail” Dilan Duventruya gələcək karyerasında uğurlar arzu edib.

Xatırladaq ki, fransalı yarımmüdafiəçi bu yay “Zirə”dən “Səbail”ə transfer olunmuşdu və 1 illik müqavilə bağlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button