“Səbail” moldovalı futbolçu ilə müqavilə bağladı

“Səbail” müqaviləsinin müddəti bu yay bitən moldovalı futbolçusu Yevgeni Koçukla yenidən razılıq əldə edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda Koçukla klub arasında yeni 1 illik müqaviləyə imza atıldığı diqqətə çatdırılıb.

Moldova millisinin 26 yaşlı yarımmüdafiəçisi tezliklə komandanın təlim-məşq toplanışında olduğu Bolqarıstanın Bansko şəhərinə yollanacaq və yeni mövsümün hazırlığına başlayacaq.

Qeyd edək ki, bu, Yevgeninin “Səbail”ə 3-cü gəlişidi. O, ilk dəfə 2017/18 mövsümünün qış fasiləsində Slovaliyanın “Jilina” klubundan 6 aylığa icarəyə gəlmişdi. Mövsüm bitəndən sonra “Jilina”ya qayıdan futbolçu az sonra müqaviləsini pozaraq Bakı təmsilçisinə bu dəfə sərbəst futbolçu kimi gəldi (1 illik). Koçuk ötən mövsüm bitəndən sonra yenidən “Səbail”dən gedərək daha güclü kluba keçmək istəsə də, bu, alınmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button