“Səbail” millinin sabiq üzvü ilə razılaşdı

“Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “dənizçilər” Şimali Makedoniya millisinin sabiq üzvü Milovan Petroviki heyətinə qatmağa yaxındır. Bu barədə “sportmedia.mk” saytı məlumat yayıb. Xəbərdə, “Səbail”in 30 yaşlı yarımmüdafiəçi ilə razılaşdığı bildirilib.

Petrovik son olaraq ölkəsində “Vardar”da çıxış edib. O, 9 dəfə Şimali Makedoniya yığmasının formasını geyinib. “Səbail” bundan əvvəl gürcüstanlı hücumçu Luka İmnadzeni transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button