“Səbail” də növbəti ayrılıq – Daha bir yeni transfer…

“Səbail” klubu bu yay transfer etdiyi Bilal Həmdi ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Həmdinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 28 yaşlı yarımmüdafiəçinin karyerasını Kiprdə davam etdirəcəyi gözlənilir.

“Səbail” dünən daha bir yeni transferi Dilan Duventru ilə də yollarını ayırmışdı.

Mətbuatda yayılan məlumata görə, “Səbail”də maliyyə problemləri yaranıb. Klub futbolçulara min manatdan artıq məvacib verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu səbəbdən də, əcnəbi futbolçuların çoxu komandanı tərk etmək qərarına gəlib.

“Səbail”in qanalı ulduz futbolçusu Maykl Essyen də bir müddət əvvəl verdiyi açıqlamada, karyerasını Cənubi Afrika Respublikasında davam etdirə biləcəyini deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button