Rəsmi: “Səbail” kapitanı ilə müqavilənin müddətini artırdı

“Səbail” klubu kapitanı Rahid Əmirquliyevin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi daha bir il Bakı klubunda çıxış edəcək. Bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb. Rahid Əmirquliyevin müddəti bitən müqaviləsi 2022-ci ilin yayına qədər uzadılıb.

Rahid 2018-ci ildən “Səbail”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button