75-ci qol və mövsümdə ilk

“Səbail” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk səfər qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, bu, 12-ci turun “Keşlə” ilə qarşılaşmasına təsadüf edib. 2:0 hesabı ilə qalib gələn Aftandil Hacıyevin yetirmələri rəqib meydanında son uğuruna da “Keşlə” ilə görüşdə imza atmışdı.

Ötən mövsümün fevralın 7-dəki qarşılaşmasında 1:0 hesabı ilə qalib gələn “Səbail” sonrakı 7 səfər matçında qələbəyə həsrət qalmışdı. “Keşlə”nin qapısına vurulan ilk top isə yubileylə əlamətdar olub.

“Dənizçilər” Premyer Liqada 75-ci qoluna imza atıb, ardınca bu rəqəmi 76-ya çatdırıb. Buna 87-ci görüşündə çatan “Səbail” evdə 32, səfərdə 44 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button