Sənan Qurbanov: “Soçi” bizdən daha hazırlıqlı idi”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində Rusiyanın “Soçi” komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Soçi” bizə imkan verdiyi qədər oynadıq. Kifayət qədər ciddi rəqibdir. Heyətində yaxşı oyunçuları var. Oyuna yaxşı hazırlaşmışdıq. Meydanda həyata keçirmək istədiyimiz planlar var idi. Amma “Soçi” buna imkan vermədi. Rəqib bizdən daha hazırlıqlı idi. Oyunçularda həyəcan var idi. İkinci qarşılaşmada daha yaxşı oynamağa çalışacağıq. Müdafiədə və hücumda çox top itirdik. Qolu da bu cür epizodların birində buraxdıq. Uşaqlar əllərindən gələni etdilər. Cavab matçı Bakıda olacaq. Komandama inanıram”.