Sənan Qurbanov: “Kubokdan sonra bərpa olunmaq çətin idi”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sıx qrafiklə oynayırıq. Oyunçu dəyişmək şansımız azdır. Futbolçulara güc düşür. Kubokda 120 dəqiqə meydanda olduq. Bərpa olunmaq çətin idi. “Neftçi”də istedadlı oyunçular var. Belə hesabla uduzmaq bizi üzür. Oyunu təhlil edəcəyik.

Futbolda əsəbi hallar olur. Bütün köməkçilər dəyərlidir. Hirsli vaxtımızda bir-birimizin yanındayıq. Kimə hirsləndiyimi xatırlamıram. Görüş ərzində boşluqlar buraxdıq. Buna görə əsəbiləşmişdik. Bəzən hər şey istədiyimiz kimi olmur. Çalışacağıq ki, səhvlər komandaya mənfi təsir etməsin. Pozitivliyi qorumalıyıq”.