Sənan Qurbanov istefa verdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün ilk baş məşqçi istefası reallaşıb.

Komanda.az xəbər verir ki, bu, “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov olub.

39 yaşlı mütəxəssis 3-cü turun açılış matçında “Keşlə”yə evdə 0:4 hesablı məğlubiyyətdən sonra postundan getdiyini oyunsonrası mətbuat konfransında açıqlayıb:

“Oyun haqda danışmayacam. 2011-ci ildən “Qəbələ”dəyəm. Təcrübəli mütəxəssislərlə çalışmışam. Bütün rəhbərliyə təşəkkür edirəm. Uzun illər burda olmuşam. Bu klub mənə çox doğmadı. Avroliqanın qruplarını yaşadıq, ilk dəfə titul yaşadıq. Bu şəhər mənə doğmadır. Fariz müəllimə təşəkkür edirəm. Hamıya təşəkkür edirəm. Mən istefa verirəm”.

“Qəbələ” yeni mövsümə çox uğursuz başlayaraq Avropa Liqasını da nəzərə alsaq, 5 oyunun hamısında uduzub, hətta qol da vura bilməyib.

Xatırladaq ki, Qurbanov ötən ilin iyununda “Qəbələ”nin baş məşqçi postunda, bunadək köməkçisi olduğu ukraynalı mütəxəssis Roman Qriqorçuku əvəzləmişdi. Komanda tarixində ilk titulu – ölkə kubokunu ötən mövsüm məhz onun rəhbərliyi altında qazanıb. (sport24.az)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button