Səlahət Ağayevə Qazaxıstandan təklif var – Meneceri açıqladı

“Neftçi”nin və Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev Qazaxıstan Premyer Liqasında çıxış edən klubların birindən transfer təklifi alıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağayevin meneceri Vaqif Heydərli “sports.kz” saytına açıqlamasında bildirib. Heydərli, Səlahətə Qazaxıstandan təklif olduğunu deyib:

“Bəli, Qazaxıstandan təklif var. Ancaq bunun hansı klub olduğunu deyə bilmərəm, bağışlayın”.

Qazaxıstanın “Tobol” klubunda Azərbaycan millisinin digər qapıçısı Emil Balayev çıxış edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button