Şəhriyar Rəhimov: “Xalqımızı sevindirmək istəyirik”

AÇ-2020-nin seçmə mərhələsində Uelslə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Şəhriyar Rəhimov oyundan əvvək təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Rəhimov oyunla bağlı bunları deyib:

“Çətin oyun olacaq. Son ev oyunumuzdur. Xalqımızı sevindirmək istəyirik. Tsiklin son matçlarında layiqli mübarizə aparıb, xallar qazanmaq istərdik”.