Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən “UzChess Cup” adlı ənənəvi beynəlxalq turnirə qələbə ilə start verib.

Azərbaycan Şahmat Federasiyasından Komanda.az-a verilən məlumata görə, ən güclülərin yarışdığı “Masters” bölümündə ölkəni təmsil edən Məmmədyarov birinci turda Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gəlib.

Yarışın “Challenge” bölməsində Azərbaycanın iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.

Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button