“Səbail”lə kubok oyunları daha çətin olacaq”

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 14-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Üçüncü oyundu ki, eyni heyətlə meydana çıxırıq. Əsas oyunçuların meydandakı istəkli olmalarıdı. Şadam ki, qələbə qazandıq. Amma belə böyük hesablı qələbə gözləmirdim.

İstəyirəm ki, “Səbail” ötənilki gücünü qaytarsın. Bir komanda zəifdisə, baş məşqçinin daha çox ürəyi ağrıyır. Futbolçulara dedim ki, bu qələbə ilə kifayətlənmək olmaz. Eyni rəqibə qarşı kubok oyununu düşünmək lazımdı. Həmin matç daha çətin olacaq”.