“Səbail”in zədəliləri qayıdıb

“Səbail” Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Qəbələ” ilə üz-üzə gələcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi sabah oynanılacaq görüş üçün Qəbələyə yollanıb.

“Dənizçilər”in heyətində iki zədəli futbolçu da sıraya dönüb. Ruslan Hacıyev və Ağabala Ramazanov zədələrini bərpa etdiyinə görə komanda ilə birlikdə səfər oyununa yollanıb.

“Qəbələ” – “Səbail” oyunu sabah saat 14:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button