“Səbail”in qapıçısı arzusuna çatdı

“Səbail”in qapıçısı Aleksandr Rıbka Azərbaycanı tərk edib.

Komanda.az xəbər verir ki, bu barədə o, şəxsi “instagram” hesabında paylaşım edib. Ukraynalı qapıçı ölkəsinə yollanıb.

Rıbka bir neçə gün əvvəl Ukrayna mətbuatına verdiyi müsahibədə “Səbail”in onun ölkəsinə qayıtmasına qarşı olduğunu bildirmişdi.