“Səbail”in futbolçusu əməliyyat olunub

“Səbail”in futbolçusu Süleyman Əhmədov əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Premyer Liqanın 15-ci turunda “Araz-Naxçıvan”la (1:1) keçirilən oyundan əvvəlki məşqlərin birində zədələnən yarımmüdafiəçi bu gün Türkiyənin İstanbul şəhərində tanınmış cərrah Prof.Dr. Berkin Tokey tərəfindən uğurlu əməliyyat keçirib.

Əhmədovun 2 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button