“Səbail”in Essyendən başqa da yaxşı oyunçuları var”

Rumıniyanın “Universitatya Krayova” klubunun kapitanı Nikuşor Banku Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirəcəkləri ilk oyundan əvvəl Bakıda təşkil olunan mətbuat konfransına qatılıb.

Komanda.az xəbər verir ki, o, jurnalistlərlə görüşdə öncə bunları söyləyib:

  • Bizi çətin oyun gözləyir. Süni örtüklü meydançada oynayacağıq. Buna öyrəşməmişik.
  • Sabahkı oyundan sonra Maykl Essyenlə şəkil çəkdirməyi düşünürsüzmü?
  • Essyenin yaxşı oyunçu olduğunu bilirəm. Ancaq indi gənc deyil. Onun təcrübəsi var. “Səbail”in Esyyendən də başqa yaxşı oyunçuları var. Sabahkı oyundan sonra fürsət olsa, bəlkə də şəkil çəkdirərik.
  • Növbəti mərhələ haqda düşünürsüzmü?
  • Biz heç vaxt növbəti mərhələ haqda düşünmürük. Çətin oyun olacaq. Mərhələni keçsək, sonra düşünəcəyik.
  • Sizin favorit olmağınız təzyiqləri artırırmı?
  • Mərhələ keçmək asan olmayacaq. Azərkeşlər bizdən qələbə gözləyir. Əlimizdən gələni edəcəyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button