“Səbail”dən ayrıldığını açıqladı

“Səbail”in müdafiəçisi Adil Nağıyev komandadan ayrılıb.

Komanda.az xəbər verir ki, o, bununla bağlı “instaqram” hesabında paylaşım edib.

O, bununla bağlı yazıb: “Beş il formasını geyindiyim “Səbail”lə yolları ayırmaq qərarına gəldik. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Baş məşqçi, rəhbərlik, komanda yoldaşlarım, hər bir azarkeşə minnətdaram. Hər şey üçün təşəkkürlər. Hər zaman qəlbimdə olacaqsınız. Bir gün görüşmək ümidi ilə”.

28 yaşlı futbolçu 2019-cu ilin yayından “Səbail”də çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button