“Səbail” Mirzəbəyovla vidalaşdı

“Səbail” daha bir futbolçusu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyovla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı sağ cinah müdafiəçisi 2021-ci ilin yayından “Səbail”də çıxış edirdi. O, “dənizçilər”in heyətində meydana çıxdığı 23 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin