“Səbail” legioneri ilə vidalaşdı

“Səbail” cənubi azərbaycanlı müdafiəçisi Peyman Keşavarz ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə futbolçu ilə klub arasndakı müqaviləyə vaxtından əvvəl xitam verildiyi diqqətə çatdırılıb. Futbolçuya azad agent statusu verilib.

Ayrılığın səbəbi açıqlanmayıb. “Səbail” klub kollektivi adından futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Peyman Keşavarz 2020-ci ilin yanvarından “Səbail”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində iki mövsüm ərzində 20 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.