Eriko da Silva “Səbail”in tarixinə düşdü

“Səbail” Azərbaycan Premyer Liqasında yubiley – 75-ci oyununu keçirib.

Komanda.az xəbər verir ki, bu, 19-cu turun “Neftçi” ilə səfər matçına təsadüf edib. Hesabında 23 qələbə və 37 məğlubiyyət olan paytaxt təmsilçisi yubiley – 15-ci heç-heçəsinə imza atıb – 1:1.

75-ci qarşılaşma ilklə də əlamətdar olub. Eriko da Silva klubun tarixinə Premyer Liqa oyununda avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.

Premyer Liqada 3-cü mövsümünü keçirən komanda avtoqola üzülən 43-cü klub kimi tarixə düşüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button