
Rəhbərliklə təcili görüş tələb etdi – “Real”ın hədəfindəki futbolçu
Fransa millisinin və “Bayern”in vingeri Maykl Olise gələcəyi ilə bağlı klub rəhbərliyi ilə təcili görüş keçirmək istəyir.
Komanda.az “El Debate”-yə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi dünya çempionatı başa çatdıqdan sonra gələcək karyerasını müzakirə etmək üçün Münhen təmsilçisinin rəhbərliyi ilə dərhal görüş tələb edib.
Fransalı futbolçunun bu addımı onun gələcəyi ilə bağlı qeyri-müəyyənliyin artdığını göstərir. Daha əvvəl “Real”ın Olise ilə maraqlandığı bildirilmişdi. Bununla belə, “Bayern” rəhbərliyi onu satmaq niyyətində deyil.
2024-cü ilin iyulunda Münhen təmsilçisinə qoşulan Olise qısa müddətdə komandanın əsas simalarından birinə çevrilib. O, ötən mövsüm “Bayern”in heyətində keçirdiyi 57 oyunda 25 qol vurub və 28 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin


