“Atletiko”nun sabiq futbolçusu Meksika klubunda

Rusiyanın “Zenit” klubunun futbolçusu Matias Kranevitter karyerasını Meksikada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Monterrey” klubuna keçib. Bu barədə Meksika klubunun rəsmi saytı məlumat yayıb. Argentinalı yarımmüdafiəçi ilə müqavilə 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

Karyerası ərzində “Atletiko”, “Sevilya”, “Zenit” kimi klublarda çıxış edən Kranevitter, 9 dəfə də Argentina yığmasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button