“Sabah”la oyuna şərh: “İki komanda da hücumu hədəf almışdı”

Rusiyanın “Spartak-2” klubunun baş məşqçisi Aleksey Lunin “Sabah”la keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisinin rəsmi saytına danışan Lunin, 2:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Oyunun hər iki hissəsi sərt keçdi. İki komanda da hücumu hədəf almışdı. Qələbə ilə başlamaq istəyirdik, ancaq bununla belə, komandam bütün tapşırıqları yerinə yetirdi. Gələcəkdə oyun səviyyəsini yüksəltməyə çalışacağıq. Həm hücumda, həm də müdafiədə daha yaxşı ola bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button