“Rusiyanın şahmat komandası bütün beynəlxalq yarışlarda iştirak etməlidir” – Rəcəbov

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov hesab edir ki, Rusiyanın şahmatçıları beynəlxalq yarışlarda iştirak etməlidir.

Komanda.az xəbər verir ki, Rəcəbov bu barədə TASS-a açıqlamasında deyib:

“Rusiyanın şahmat komandası digər ölkələr kimi bütün beynəlxalq yarışlarda iştirak etməlidir”.

35 yaşlı qrossmeyster idmanın, mədəniyyətin və incəsənətin siyasətdən kənarda qalmalı olduğunu bildirib.

Rəcəbovun fikrincə, Rusiya şahmatçıları da beynəlxalq turnirlərə qatılmalıdırlar:

“Mən özüm də müəyyən mənada pasifistəm. İstərdim ki, hər kəs öz düşüncələrinə baxmayaraq, yarışlarda iştirak etsin”.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) Ukraynaya işğalçı hücumla əlaqədar olaraq Rusiya və Belarus yığmalarının turnirlərə qatılmasını qadağan edib. Hər iki ölkə təmsilçiləri FİDE bayrağı altında fərdi yarışlarda mübarizə apara bilər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button