Premyer Liqa klubunda baş məşqçi istefası

Rusiyanın “Krasnodar” klubunda baş məşqçi istefası gerçəkləşib.

Komanda.az xəbər verir ki, komandanın baş məşqçisi Murad Musayev vəzifəsindən ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Musayev “Krasnodar”ın “Axmat”a 0:5 hesablı məğlubiyyətindən sonra istefa verib. 37 yaşlı mütəxəssis 2018-ci ilin yayından komandanı çalışdırırdı.

“Krasnodar” Rusiya Premyer Liqasında 10-cu sıradadır.