Premyer Liqa klubunda baş məşqçi dəyişikliyi

Rusiyanın “Axmat” klubu baş məşqçisi Rəşid Rəhimovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Qroznı təmsilçisinin rəsmi saytı məlumat yayıb. Rəhimovun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Axmat” yeni baş məşqçisinin də adını açıqlayıb. Belə ki, komandanın “sükan”ı İqor Şalimova tapşırılıb. 50 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Axmat” hazırda Premyer Liqada 11 turdan sonra 9 xalla 15-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button