Rusiyalı futbolçu məşq zamanı öldü

Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi İnnokenti Samoxvalov dünyasını dəyişib.

Komanda.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fərdi məşq zamanı halı pisləşən 23 yaşlı futbolçu qəflətən ölüb. Faciənin dəqiq səbəbləri araşdırılır.

Ailəli olan müdafiəçinin özündən sonra azyaşlı oğlu qalıb.

Qeyd edək ki, İnnokenti Samoxvalov “Lokomotiv”in farm-klubu olan “Kazanka”da çıxış edirdi. O, sözügedən komandaya bu mövsümün əvvəlində keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button