Rusiyalı döyüşçü Nəriman Abbasovu duelə çağırdı

Rusiyalı MMA döyüşçüsü Mehti Dakayev təmsilçimiz Nəriman Abbasovu duelə çağırıb.

Komanda.az xəbər verir ki, bu barədə azərbaycanlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov “feysbuk” səhifəsində paylaşım edib.

O, bu döyüş üçün danışıqlar aparmağa hazır olduqlarını bildirib:

“Əvvəlcə bu görüşə razılıq vermişdik. Amma Mehti özü imtina etdi. Yəqin ki, Nərimanın son məğlubiyyəti onu ruhlandırıb”.

Nəriman Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button