“Rusiya hərbi gəmisi, cəhənnəm ol!”

“Mənim vətandaş mövqeyimlə peşəkar mövqeyim ayrıdır: Rusiya hərbi gəmisi, cəhənnəm ol!”

Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycanın Ukrayna əsilli qadın karateçisi İrina Zaretska şəxsi “instaqram” hesabında yazıb.

26 yaşlı idmançı Rusiya prezidenti Vladimir Putin haqda təhqiramiz ifadələr işlədib:

“Ukrayna mənim vətənimdir. Burda doğulmuşam və yaşayıram. Burda evim, ailəm və dostlarım var. Hazırda ölkəm üçün canım yanır. Müharibə ağrılıdır. Hər gün minlərlə insanın tökülən qanı və göz yaşı, atılan atəşlər, raket partlayışları, insanların yaşadıqları dəhşətlərə, uşaqlara, soyuq zirzəmilərdə və sığınacaqlarda gecələmələrinə acıyıram. Ailəm və dostlarımın həyatına çevrilən bütün dəhşətlər ağrı verir. Bu, bizim torpağımızdır, bizim ölkəmizdir. Dünyanın ən güclü insanları bizdədir. Bunu döyüşlərimizlə dəfələrlə sübut etmişik. Yüzlərlə insan bu təcavüzü yaşayır, milyonlarla insan isə sadəcə susur. Hələlik bizim yeni döyüşümüz var və əmin olun ki, biz buna tap gətirəcəyik, qalib gələcəyik”.

Tokio-2020 Yay Olimpiya Oyunlarının 61 kq-dan yuxarı çəki dərəcəsində gümüş mükafatçısı olan Zaretska, 68 kq çəkidə ikiqat dünya və Avropa çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button