Rusiya çempionatının adı dəyişdirildi

Rusiya Futbol İttifaqı (RFİ) Milli Futbol Liqasının tarixi adını geri qaytarıb.

Komanda.az xəbər verir ki, bundan sonra Rusiyanın səviyyəsinə görə ikinci divizionu Birinci Liqa adlanacaq.

Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb:

“RFİ-nin İcraiyyə Komitəsi, Milli Futbol Liqasının Rəyasət Heyətinin turnirin tarixi adının geri qaytarılması ilə bağlı qərarını təsdiqləyib. Dəyişiklik 2022/23 mövsümündən qüvvəyə minir”.