Runinin yeni klubunda nə qədər qazanacağı məlum oldu

Ueyn Runinin “Birmingem”in baş məşqçisi kimi maaşı əvvəlki məşqçinin maaşından üç dəfə çox olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Komandanın keçmiş çalışdırıcısı Con Yustsi həftədə 10 min 387 avro qazanıb, Runinin maaşı isə 33 min 472 avro olacaq. Bu, ingilis mütəxəssisin əvvəlki işində – “Di Si Yunayted”də (27 300 avro) qazandığından çoxdur.

37 yaşlı Runi Çempionşipdə hazırda altıncı yerdə olan “Birmingem”ə rəhbərlik etməyə yaxındır. O, bir neçə gün əvvəl “Di Si Yunayted”dən ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button