
Rüfət Rəfiyevdən qran-pridə gümüş medal
Azərbaycan paraatleti Rüfət Rəfiyev Tunisdə keçirilən qran-pri turnirində gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, o, nüvəitələmə üzrə mübarizədə uğurlu çıxış edib.
Paraatlet F36 kateqoriyasında 13.78 metr nəticə ilə 2-ci olub.
İyunun 19-dək davam edəcək Qran-pridə ölkəmizi nüvəitələmə növü üzrə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər. Samir Nəbiyev və Ömər Bozbaxov diskatmada da qüvvələrini sınayacaqlar.
Milli komandaya baş məşqçi Oleq Panyutin rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



