Rüfət Dadaşov üçün 73 dəqiqə və 3 xal

Futbol üzrə Almaniya 3-cü Liqasında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda “Kayzerslautern”lə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Rüfət də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov 73-cü dəqiqədə əvəzlənib.

Dadaşovun komandası 22 turdan sonra 33 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button