Rüfət Dadaşov üçün 64 dəqiqə

Futbol üzrə Almaniya 3-cü Liqasında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə “Sportfrunde Lotte” ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Rüfət də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov 64-cü dəqiqədə əvəzlənib.

Dadaşovun komandası 23 turdan sonra 33 xalla 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button