Rüdigerin tələbləri

“Çelsi”nin müdafiəçisi Antonio Rüdiger yeni kluba keçmək istəyir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı almaniyalı futbolçu yeni klubunda illik 12,5 milyon avro qazanmaq arzusundadır. Klubunu dəyişərsə, Rüdigerin tələblərindən biri də 20 milyon avroluq imza bonusu istəməsidir.

Rüdigerin xidmətində “Tottenhem” və “Barselona” maraqlıdır.

Onun “Çelsi” ilə müqaviləsi bu ilin yayında başa çatır. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button