“Real”ın futbolçusu keçmiş klubunun halına acıyır

“Çelsi”nin keçmiş müdafiəçisi Antonio Rüdiger komandanın tezliklə yüksək səviyyəyə qayıdacağına ümid etdiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, keçmiş komandasının heç nə qazanmadığını görməyin onun üçün çətin olduğunu söyləyib:

“Bu, çətin mövsümdür, çünki kluba yeni oyunçular və yeni məşqçi gəlib. Ümid edirəm ki, “Çelsi” Poçettinoya vaxt verir və oyunçular Maurisionu dəstəkləyir. “Çelsi” kuboklar qazanmaq üçündür, ona görə də, komandanın heç nə qazanmadığını görmək mənim üçün çətindir. “Çelsi”nin yenidən ən yüksək səviyyədə yarışmasını görmək üçün ümid edirəm”.

Almaniyalı futbolçu 2022-ci ilin yayında “Çelsi”dən ayrılaraq, azad agent kimi “Real”a keçib.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button