
Rüdiger: “İnsanlar öz ölkələrini məcburiyyətdən tərk edir”
“Real”ın müdafiəçisi Antonio Rüdiger Avropada miqrasiya mövzusuna dair geniş müzakirələrə səbəb olan sosial problemlər haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya millisinin üzvü, insanların öz ölkələrini tərk etməsinin çox vaxt məcburiyyətdən qaynaqlandığını bildirib:
“İnsanlar öz ölkələrini tərk edərkən bunu könüllü etmir. Onların başqa seçimi olmur. Mənim valideynlərim də bunu etməyə məcbur qaldı və hər şeyi sıfırdan başladılar. Biz bunu öz dərimizdə yaşadıq”.
Rüdigerin valideynləri müharibə ilə üzləşmiş Syerra-Leonedən köç ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



