Roys klubu ilə müqaviləni yeniləməyəcək

“Borussiya”nın (Dortmund) kapitanı Marko Roys mövsümün sonunda komandadan ayrılacaq.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu iyun ayında başa çatan müqaviləsini yeniləməyəcək.

“Sarı-qaralar” Marko Roysu 2012-ci ilin yayında Münhenqladbax “Borussiya”sından transfer edib. Alman futbolçu komandanın heyətində meydana çıxdığı 410 matçda 167 qol və 124 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button