Rövnəq Abdullayevdən qadın futbolçulardan ibarət Azərbaycan millisinə təbrik

Məlum olduğu kimi, qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA tərəfindən ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında uğurlu çıxış edərək hamımızı sevindirdi.

Komanda.az xəbər verir ki, Kipr milli komandası üzrərində səfərdə qazanılan qələbə qrup mərhələsində əldə olunmuş dördüncü qalibiyyət oldu.

Bu qələbə sayəsində qrupda liderliyini təmin edən millimiz UEFA Millətlər Liqasında B Liqasına vəsiqə qazandı. Əldə olunan nəticə ölkə futbolu, qadın futbolu üçün sevindirici haldır. Əlbəttə, bu uğurun əsas səbəbi illər öncə qadın futboluna göstərilən diqqətin sayəsindədir. 2012-ci ildə ölkəmizdə ilk dəfə təşkil olunan FIFA U-17 qadınlararası Dünya çempionatının final mərhələsindən sonra qadın futboluna xüsusi diqqət göstərilir. Dünən Kipr üzərində qazanılan qələbədən sonra AFFA prezidenti Rövnəq Abdullayev komandanı, həm də məşqçi heyətini təbrik edib və gələcək oyunlarda uğurlar arzu edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button