Ronaldoya niyə “dəli olduğunu” deyiblər?

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Mançester Yunayted”dən ayrıldıqdan sonra agenti Jorje Mendeşdən onu Avropanın iki böyük klubundan birinə göndərməsini tələb edib.

Komanda.az “El Mundo”-ya istinadən xəbər verir ki, Ronaldo Mendeşin qarşısında “Bayern”, “Çelsi” və ya biz ayrılırıq” tələbi qoyub.

37 yaşlı portuqaliyalının agenti ona “dəli olduğunu” deyib.

Daha sonra Ronaldoya “Əl-Nəsr”ə keçidində başqa bir şəxs – menecer Rikardo Requfe kömək edib. O, futbolçunun Səudiyyə Ərəbistanı klubuna transferi üçün 30 milyon avro alıb.

Ronaldo əvvəllər “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button