Ronaldonun “patron”la FOTOSU

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Aleks Ferqyusonla fotolarını paylaşıb.

Komanda.az xəbər verir ki, şəkillər Premyer Liqanın 11-ci turunun matçından əvvəl, Ferqyusonun portuqaliyalı hücumçuya klub səviyyəsində karyerasında vurduğu 700 qola görə mükafat təqdim edərkən çəkilib.

Ronaldo sosial şəbəkədə fotoların altına “Yanında olmaq hər zaman yaxşıdır, patron” yazıb.

37 yaşlı portuqaliyalının “Sportinq”də 5, “Real”da 450, “Yuventus”da 101, “Mançester Yunayted”də isə 144 qolu var.

Ronaldo bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button