“Ronaldonun Messidən üstün olduğunu deyənlər futbolu başa düşmürlər” – van Basten

“Ayaks”ın və “Milan”ın keçmiş hücumçusu Marko van Basten Lionel Messinin Kriştiano Ronaldodan üstün olduğunu deyib.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, niderlandlı sabiq futbolçu, Messinin unikal olduğunu söyləyib:

“Kriştiano böyük oyunçudur, lakin onun Messidən üstün olduğunu söyləyənlər futbolu başa düşmürlər və ya pis niyyətlə deyirlər. Messi unikaldır. Onu təqlid etmək və təkrar etmək olmaz. Onun kimi futbolçu 50-100 ildən bir meydana çıxır. Uşaq vaxtı futbol dahisinin “qazan”ına düşüb.

Pele, Maradona və Yohan Kroyff mənim üçün tarixin üç ən yaxşı oyunçusudur. Uşaq vaxtı Kroyff kimi olmaq istəyirdim. O, mənim dostum idi. Mən onun üçün darıxıram. Pele və Maradona da inanılmaz idi”.

Messi 7, Ronaldo isə 5 dəfə “qızıl top”u qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button