“Ronaldonu transfer etməyə gücüm çatmadı” – “Napoli”nin prezidenti

İtaliya A Seriyasında mübarizə aparan “Napoli”nin prezidenti Aurelio de Laurentis “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti, “qoca sinyora”da portuqaliyalı futbolçunun lider olduğunu deyib:

“Yuventus”un əsl məşqçisi Ronaldodur. Komandada əsl motivasiya mənbəyi və lideri odur. Bunu görə bilirəm. Milli komandada ehtiyatda olduğu oyunların birində futbolçulara baş məşqçidən daha çox səsləndiyini, onlara qışqırdığını görmüşdüm.

Ronaldonu transfer etməyə gücüm çatmadı. Ailəm hər zaman mənə öz imkanlarıma görə hərəkət etməyi öyrədib. Onu transfer edə bilməzdim”.

“Yuventus”la 2022-ci ilədək müqaviləsi olan 34 yaşlı futbolçu, 42 oyunda 28 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button