Ronaldo və Mendeşdən 1 milyon avroluq dəstək

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo və meneceri Jorje Mendeş koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo və Mendeş Portuqaliyada pandemiya ilə mübarizə aparan xəstəxanalara 1 milyon avro məbləğində yardım ediblər.

Daha əvvəl “Barselona”nın kapitanı Lionel Messi və “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da pandemiya ilə mübarizə üçün maddi yardımla yadda qalmışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button